Sosial şəbəkədə biz:

Sərhədlər iyunun 15-dən sonra açılacaq

22 May 2020, 19:16
Gündəm

"Uçuşlar ilkin olaraq Naxçıvanla bərpa ediləcək".

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın keçirdiyi mətbuat konfranslnda deyib.

Onun sözlərinə görə, sərhədlərin açılması iyunun 15-dən sonraya nəzərdə tutulub.

İ. Məmmədov əlavə edib ki, bu axşam saat 8-də İstanbuldan Bakıya 174 nəfər azərbaycanlı gətiriləcək.