Sosial şəbəkədə biz:

“Aztelecom”dan oğurluq edən tutuldu

04 February 2016, 13:19
Gündəm
"Aztelecom” MMC-dən oğurluq edilib.
Musavat.com Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, fevralın 3-nə keçən gecə Masallı rayonunun Səmidxan kəndində “Aztelecom” MMC-yə məxsus işlək vəziyyətdə olan yeraltı rabitə kabelinin 250 metrlik hissəsi kəsilərək oğurlanıb.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakini İlqar Mustafayev tutulub.