Sosial şəbəkədə biz:

Azərbaycanda Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxdu

09 June 2020, 21:40
Gündəm

“Dövlət strukturlarında da koronavirusa yoluxma halları baş verib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeddi nəfər virusa yoluxub:

“Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxub. Onlardan 14 nəfəri İşlər İdarəsinin əməkdaşlarıdır. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin 5 əməkdaşında yoluxma halı müşahidə olunub”.