Sosial şəbəkədə biz:

Azərbaycanda koronavirusa yoluxanların sayı 20 mini keçib, ölənlərin sayı 250-yə çatıb

05 July 2020, 20:42
Gündəm

İndiyədək ölkədə ümumilikdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib, 8332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.