Sosial şəbəkədə biz:

Sabiq prokuror həbs edildi 

06 February 2016, 11:43
Gündəm
Dələduzluq ittihamı ilə axtarışda olan sabiq prokuror saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarış elan edilən Pənah Pənahov həbs edilib. Qusar Rayon Polis Şöbəsi tərəfindən bu ilin yanvar ayında axtarışa verilən sabiq prokuror Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Qusar RPŞ-dən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, Pənah Pənahov əvəllər Quba rayon prokuroru olub. Qusar rayon məhkəməsinin qərarı ilə P.Pənah barəsində həbs-qətimkan tədbiri seçilib.