Sosial şəbəkədə biz:

Azərbaycanda sahibkarların işi asanlaşdı

06 February 2016, 16:38
Gündəm
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bundan sonra mənşə sertifikatı bir gün ərzində veriləcək. İqtisadiyyat Nazirliyinin 6 fevral 2016-cı il tarixində keçirilmiş Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb. Qeyd edək ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.