Sosial şəbəkədə biz:

Bu gün Azərbaycan saytlarına erməni kiber hücumları gözlənilir

Bu gün Azərbaycanın, o cümlədən, Türkiyənin dövlət və özəl sektoruna aid saytlara erməni kiber qruplaşmaları tərəfindən planlaşdırılan hücumların həyata keçiriləcəyi gözlənilir. “APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin apardığı araşdırmada bildirilir. Qurum mümkün kiber hücumların qarşısının alınması və reaksiya müddətinin azaldılması üçün dövlət və özəl sektora aid informasiya sistemlərinə cavabdeh şəxsləri diqqətli olmağa çağırır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol