Sosial şəbəkədə biz:

Dəmir yolu Nəqliyyat Nazirliyinin tabeliyindən tam çıxdı

09 February 2016, 11:01
Gündəm
Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yeni dəyişikliyə uyğun olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan çıxarılıb.