Sosial şəbəkədə biz:

"Loti Quli"nin ailəsindən biri də vəfat etdi

31 August 2020, 16:55
Gündəm

"Lotu Quli"nin (Nadir Səlifov) nənəsi Nurxanım Səlifova vəfat edib.

Mərhum N.Səlifovun nənəsi 85 yaşında vəfat edib. O, yaşadıqları Gürcüstanın Dmanisi rayonunda dəfn edilib.
Xatırladılıb ki, Nadir Səlifov avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq qətlə yetirlib. Cinayəti törətməkdə şübhəli bilinən 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli polis əməkdaşları tərəfindən saxlanılıb./Unikal.org