Sosial şəbəkədə biz:

Bu gündən kafe-restoranlar gecə 12-yə qədər işləyəcək

08 September 2020, 08:38
Gündəm

Bu gündən etibarən müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək. 

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.