Sosial şəbəkədə biz:

BU GÜNDƏN BAKI METROSU AÇILIR - Şənbə və bazar günləri fəaliyyət göstərməyəcək

14 September 2020, 08:37
Gündəm

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gün saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir.

2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-isaat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.

“İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dairmetodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yolverilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisindəmüvafiq tədbirlər görülüb.

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarınayol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.