Məktəblərdə koronavirusla bağlı bu günə olan vəziyyət: 10 şagird yoluxdu
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.
Məlumata görə, sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub.
Bu gün yeddi nəfər işçi heyətdə də 37 dərəcədən yüksək olub.
Qeyd edək ki, on şagirddə, yeddi nəfər işçi heyətdə isə koronavirus aşkarlanıb.
