Sosial şəbəkədə biz:

Cəbhədəki təxribatla bağlı - Rusiyadan reaksiya

27 September 2020, 12:46
Gündəm

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət qəflətən gərginləşib. Təmas xətti boyunca hər iki tərəfdən intensiv atəş aparılır. İtkilər barədə məlumatlar daxil olur. Tərəfləri atəşi dərhal dayandırmağa, vəziyyətin sabitləşməsi məqsədi ilə danışıqlara başlamağa çağırırıq”.