Sosial şəbəkədə biz:

Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir

29 September 2020, 09:13
Gündəm

Sentyabrın 29-u səhər saatlarından etibarən Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, səhər saat 07:00-08:00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.

Hazırda döyüşlər davam edir.