Sosial şəbəkədə biz:

Dünya şöhrətli idmançımız da cəbhəyə yollandı - FOTOLOR

29 September 2020, 22:34
Gündəm

Azərbaycan bayrağını dünyanın dörd bir yanında öz qələbələri ilə ucaldan məşhur idmançımız Tofiq Musayev cəbhəyə yollanıb.

Bunu Tofiq Musayevin dostu jurnalist  Pərviz Həşimli bildirib.

Onun sözlırinə görə, Tofiq Musayev Tovuz hadisələrindən sonra orduya könüllü yazılıb.

Qeyd edək ki, Tofiq 2007-2011 İdman Akademiyasını bitirib. Kunq-fuSanda üzrə dünya çempionu, MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olub.