Sosial şəbəkədə biz:

Cənubi Azərbaycan gəncləri üsyana qalxdı: - Ermənistana rus hərbi texnikası daşınan yollar atəşə verildi

30 September 2020, 09:20
Gündəm

İrandan Rusiya hərbi texnikalarının Ermənistana göndərilməsi xəbərləri Cənubi Azərbaycan gənclərini ayağa qaldırıb.

Ovqat.com-un məlumatına görə, üsyana qalxan cənub qardaşlarımız hərbi texnikaların keçdiyi yolları bağlamağa çalışıblar.

İran polisi ilə ciddi qarşıdurmalar yaşanmasına baxmayaraq, soydaşlarımızın Nurduz gömrük-keçid məntəqəsinə gedən yolları yandırdıqları bildirilir.

Rəsmi Tehran isə maşınlarla daşınan hərbi texnikanın “adi ticarət məhsulları” olduğunu iddia edir.