Sosial şəbəkədə biz:

Düşmənin daha 54 hərbçisi məhv edildi

02 October 2020, 10:42
Gündəm

Azərbaycan ordusunun əks-həmlə əməliyyatı nəticəsində sarsıdıcı zərbələrə məruz qalan işğalçı Ermənistan bəzi itkilərini etiraf edib.

Ermənistan Müdafiə Nazirliyi daha 54 hərbi qulluqçusunun öldüyünü açıqlayıb. Bununla düşmən tərəfin elan etdiyi ölü sayı 157-yə çatıb. Digər itkilər isə hələ də gizlədilir.

Bundan əvvəl məhv edilən 100-dən çox erməni hərbçisinin adı məlumdur. Lakin, zərərsizləşdirilən daha 54 hərbçinin kimliyi bu dəfə açıqlanmayıb. Azvision.az