Sosial şəbəkədə biz:

"Ermənistanın ağlını başına yığıması və məsuliyyətini dərk etməsi üçün..." - Hikmət Hacıyev

05 October 2020, 10:12
Gündəm

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mühüm mülki infrastrukturunu məqsədli şəkildə hədəf almasının daha bir sübutu barədə tvit paylaşıb.

Mia.az-ın məlumatına görə, Mingəçevirdə enerji blokunun yaxınlığına düşən raketin fotolarını paylaşan H.Hacıyev onun partlamadığını bildirib: "Ermənistanın ağlını başına yığıması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir".