Sosial şəbəkədə biz:

Düşmən alayının 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərindən qaçıb - MN

05 October 2020, 18:52
Gündəm

Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.

" Azinforum.az " xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir: 

"Alayın 3-cü taborunun şəxsi heyətin döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.

Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb".