Sosial şəbəkədə biz:

Müdafiə naziri orduya düşmənə böyük zərbələr endirməyi əmr etdi

06 October 2020, 15:51
Gündəm

Azərbaycan qoşunlarına azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verilib.

“ Azinforum.az ” xəbər verir ki, göstərişi bu gün keçirilən xüsusi xidməti müşavirədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov verib. 

O, Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.