Sosial şəbəkədə biz:

“Evinizə xoş gəlmisiniz” - Erməni qadından əsgərlərimizə + Video

07 October 2020, 09:52
Gündəm

Sosial şəbəkələrdə işğaldan azad edilmiş ərazilərdə yaşayan erməni qadınla iki Azərbaycan əsgərinin söhbət etdiyi anın görüntüləri paylaşılıb.

“ Azinforum.az ” ın məlumatına görə, əsgərlərdən biri qadının adını, əslən haradan olduğunu soruşub. Qadın adının Aznel və əslən Ermənistandan olduğunu, lakin Qarabağda yaşadığını və mağazada satıcı işlədiyini deyib.

Əsgərin “Biz Azərbaycan əsgəriyik. Biz öz Vətənimizdəyik” sözlərinə isə qadın “Evinizə xoş gəlmisiniz” deyə cavab verib.