Sosial şəbəkədə biz:

Ceyhun Bayramov Moskvaya gedir

09 October 2020, 13:01
Gündəm

Dünən, oktyabrın 8-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov bu gün-9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək.