Sosial şəbəkədə biz:

“Ermənistan işğal olunmuş torpaqları həqiqi sahibinə - Azərbaycana qaytarmalıdır”

11 October 2020, 06:39
Gündəm

Ermənistan işğal olunmuş torpaqları həqiqi sahibinə - Azərbaycana qaytarmalıdır. Azinforum.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin şənbə günü verdiyi bəyanatda deyilir. Nazirlikdə tarixi torpaqların azad edilməsi uğrunda mübarizədə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığına və uğurlarına diqqət çəkilib. “Ermənistanın işğal etdiyi torpaqları həqiqi sahibinə qaytarmaq vaxtı çatıb. Türkiyə bu addımın atılacağı anadək Azərbaycandakı qardaşlarını dəstəkləyəcək”, - deyə bəyanatda bildirilir.