Sosial şəbəkədə biz:

#PrayForGanja həştəqi trendə düşdü

12 October 2020, 10:24
Gündəm

Erməni silahlı qüvvələrinin Ermənistanın Vardenis şəhərindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mülki əhalisini raket atəşinə tutması ilə bağlı sosial şəbəkələrdə başladılan kampaniya çərçivəsində paylaşımlar bir milyonu keçib.

“ Azinforum.az ” ın verdiyi xəbərə görə, oktyabrın 11-i gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket yaşayış binasını tamamilə dağıdıb. Nəticədə 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Bundan sonra “Twitter” mikrobloqunda Azərbaycan vətəndaşlarının başlatdığı #PrayForGanja həştəqi üzrə paylaşımlar trend olub və müzakirə olunan mövzular arasında ilk sıralarda yer alıb. Bu həştəq üzrə dünyada 1 milyon 240 min tvit atılıb. 

İnsanlar bu paylaşımlarında beynəlxalq təşkilatlara və beynəlxalq ictimaiyyətə erməni vandalizminə və Ermənistanın dövlət terroruna son qoymağa çağırış edib.