Sosial şəbəkədə biz:

Azərbaycan öz ərazisini xarici müdaxilədən qoruyur - Ukraynalı deputat

15 October 2020, 10:26
Gündəm

Azərbaycan Silahlı Qüvvələri öz suveren ərazisində uğurlu əks-həmlə əməliyyatı keçirir.

Bunu Ukrayna Ali Radasının deputatı Lüdmila Marçenko deyib.

O bildirib ki, Azərbaycan əks-həmlə əməliyyatını BMT Nizamnaməsinə uyğun olaraq həyata keçirir:

"Nizamnamənin 51-ci maddəsi fərdi özünümüdafiə və öz ərazisini qanunsuz xarici müdaxilədən qorumaq hüququ verir. Münaqişənin dinc yolla tənzimlənməsi üzrə danışıqlar 25 ildən çoxdur ki, davam edir. Nəticədə bir metr də olsun Azərbaycan ərazisi azad edilməyib. Baxmayaraq ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”. Trend