Ordumuz Ermənistanın briqada komandirini məhv etdi
Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılardan ibarət briqada komandiri, polkovnik Asatryan Vaaqn Feliksoviç (1977) Azərbaycan ordusu tərəfindən məhv edilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistanın Baş Naziri Nikol Paşinyan feysbuk hesabında məlumat verib.