Sosial şəbəkədə biz:

Ermənistan dövlət sərhədində də atəşkəsi pozdu

18 October 2020, 10:55
Gündəm

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.