Sosial şəbəkədə biz:

“Paşinyan rejiminin qüvvədə qalıb-qalmayacağı sual altındadır” - Fransız politoloq

18 October 2020, 11:03
Gündəm

"Ermənistan tərəfindən Gəncəyə vurulan zərbə bir il əvvəl Paşinyanın nasist hərbi cinayətkar Qaregin Njdenin irsini qürurla bəyan etdiyində səmimi olduğunun daha bir sübutdur".

Bu sözləri fransız politoloq Maksim Qauin deyib.

M.Qauin bildirib ki, bu gecə Gəncədə baş verənlər həm də Paşınyanın öz rejiminin çökməsindən qorxmasını göstərir:

“Paşinyan rejiminin qüvvədə qalıb-qalmayacağı sual altındadır, çünki hər keçən gün daha İrəvanın daha bir məğlubiyyəti Ermənistan hökumətinin iflasa uğrayacağı deməkdir.

Bu hadisəyə reaksiya vermək beynəlxalq birliyin birbaşa vəzifəsidir. Əks təqdirdə, beynəlxalq hüquqa inam zəiflədiləcəkdir”. (Axar.az)

“Paşinyan rejiminin qüvvədə qalıb-qalmayacağı sual altındadır” -  Fransız politoloq