Sosial şəbəkədə biz:

Ermənilər ABŞ-ın Azərbaycanın azadlıq savaşını durduracağına ümidlidir...

21 October 2020, 08:44
Gündəm

Yapışmaq üçün saman çöpü axtaran Ermənistan rəhbərliyi  indi də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ Dövlət katibi M.Pompeo ilə görüşünə xeyli ümid bağlayıb. Buna görə tələsik baş diplomatları Z.Mnatsakanyanı Moskvadakı soydaşı və həmkarı S.Lavrovun yanına məsləhətləşməyə yollayıblar. Bu işdə düşmənimizə Amerika və Avropadakı ermənipərəst siyasilər də dəstək verməyə çalışır. Erməni KİV də bu istiqamətdə “ümid”li informasiyalar yaymağa başlayıb.
“Qarabağda qan tökülməsinin dayandırılmasında ABŞ həlledici rol oynaya bilər”.
Moderator.az  xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu fikri ABŞ-ın ermənipərəst konqresmeni Frank Pallone “Tvitter”də Dövlət katibi Mayk Pompeonun Vaşinqtonda Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri ilə  gözlənilən görüşü barədə  paylaşımında yazıb. 
“Dövlət katibi Pompeo bu görüşlərdən Azərbaycanı təcavüzünə son qoymağa məcbur etmək üçün istifadə etməlidir. Buraya ABŞ-ın  həmin ölkənin ölümdaşıyan kampaniyasına mane ola biləcək sanksiyalar təhdidi də daxil edilməlidir” - üzdəniraq konqresmen belə deyib.