Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Moskvaya qısamüddətli səfərə gedib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib. Naqdalyan təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, oktyabrın 23-də Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla görüşəcək. Azvision.az