Sosial şəbəkədə biz:

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

21 October 2020, 17:10
Gündəm

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir.

Bu barədə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün "Facebook" səhifəsində yazıb:

"Bu qadın Bakı şəhəri 34 ünvanında yerləşən Anderson-"Coffee shop in Baku" obyektinin sahibəsidir. Bu günlərdə erməni fonduna 50 min ABŞ dolları keçirib.

Bakıda pul qazanır və övladlarımızın öldürülməsi üçün düşmənə yardım edir.

Bu müəssisə aidiyyəti qurumlar tərəfindən dərhal qapadılmalı və erməni əsilli bu iş adamının ölkədə fəaliyyəti qadağan edilməlidir".

Bildirək ki, bu fakt üzə çıxdıqdan sonra sözügedən restoranın Baklda fəaliyyəti dayandırılıb.