Sosial şəbəkədə biz:

Tanınmış iş adamı və deputat güllələnib - Foto

25 October 2020, 10:58
Gündəm

Rusiyanın Leninqrad vilayətinin Vyborqski rayonunun deputatı, tanınmış iş adamı Aleksandr Petrov öz bağında naməlum qatil tərəfindən sinəsindən güllələnib. 

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin" z "bəndi ilə cinayət işi başladılıb.

Xatırladaq ki, Leninqrad bölgəsində tanınmış iş adamı olan 61 yaşlı Aleksander Petrovun oğlu Vitali Petrov ilk Rus “Formula 1” pilotlarından olub. Petrov özü isə bir sıra səhmdar cəmiyyətlərin və digər yerli müəssisələrin ortaq sahibi idi.

Tanınmış iş adamı və deputat güllələnib -  Foto