Sosial şəbəkədə biz:

Vilayət Eyvazovdan yeni təyinat - Kamran Əliyevi o əvəz etdi

25 October 2020, 11:01
Gündəm

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.
"BakuPost"un əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis mayoru Namidan Priyev gətirilib. N.Priyev Bakı Şəhər DYPİ-nin Yol Patrul Xidməti Alayının sabiq komandiri Nadir Priyevin oğludur.

Xatırladaq ki, K.Əliyev bir müddət əvvəl BDYPİ-nin rəis müavini, eyni zamanda, İmtahan Qeydiyyat İdarəsinin rəisi təyin olunub.
Faktı BDYPİ-dən təsdiqləyiblər.