Sosial şəbəkədə biz:

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

25 October 2020, 17:35
Gündəm

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, yeddi nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 8009 nəfərdir.

Ölkədə son sutka ərzində 10 037, hazırkı dövrədək isə 1 291 534 test aparılıb.

Ümumi ölənlərin sayı 671 nəfərdir.

Ümumi yoluxanların sayı 49 959 nəfər, ümumi sağalanların sayı 41 279 nəfərdir.