Sosial şəbəkədə biz:

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

25 October 2020, 20:34
Gündəm

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Azinforum.az xəbər verir ki, dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.