Sosial şəbəkədə biz:

Ərdoğan əhalini Fransa məhsullarını almamağa çağırdı

26 October 2020, 17:33
Gündəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqına səslənərək, onları əsla Fransa məhsulları almamağa çağırıb.

Azinforum.az  “Haber Global”a istinadla xəbər verir ki, Türkiyə lideri Fransadakı hadisələrə sərt reaksiya verib:

“Avropa ölkələrində islam düşmənliyinin vəba kimi cəmiyyətlərə yayıldığını görürük. Evlər və məktəblər az qala hər gün irqçilərin və faşist qruplarının hücumlarına məruz qalır.

Millətimə səslənirəm. Fransada “Türkiyə məhsullarını satın almayın” deyirlər, siz də əsla Fransa məhsulları almayın”.