Sosial şəbəkədə biz:

Bərdəyə kasetli raketlər atılıb, yaralıların sayı 13-ə çatdı - Fotolar

27 October 2020, 19:44
Gündəm

“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb”.

" Azinforum.az " xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.

“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, - deyə H.Hacıyev vurğulayıb.