Sosial şəbəkədə biz:

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi...”

27 October 2020, 21:47
Gündəm

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı hərəkətlərini sərt tənqid edib.
Moderator.az xəbər verir ki, qəzet Makronu şeytana bənzədərək onu “Paris İblisi” başlıqlı yazıda sərt tənqid edib.
Xatırladaq ki, Makron bir müddətdir ki, İslam dininə qarşı müharibə elan edib. O, Məhəmməd Peyğəmbəri tənqid edən karikaturların da dövlət binalarından asılmasına göstəriş vermişdi. Fransanın daxili işlər naziri isə ölkədəki mağazalarda halal qida bölmələrinin ləğv edilməsinin vacibliyini vurğulamışdı.