Sosial şəbəkədə biz:

“Bərdə sakinlərinin qisası yerdə qalmayacaq” - Prezident

28 October 2020, 19:34
Gündəm

Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev rəsmi "Twitter" hesabında yazıb.

"Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək", - deyə Prezident bildirib.

Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək.— İlham Əliyev (@azpresident) October 28, 2020