Sosial şəbəkədə biz:

Araik Arutyunyan“hərbi müşavirə”sini uşaq bağçasında keçirdi...-FOTO

29 October 2020, 08:58
Gündəm

Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış  separatçı-terrorçu rejimin oyuncaq başçısı başıboş “komandan” Araik Arutyunyan Xankəndində öz terrorçu əlaltılarıyla növbəti “hərbi müşavirə” keçirib.
Rusiya mediasında yayılan məlumata görə, “müşavirə”  şəhərdəki uşaq bağçalarından birində keçirilib.
Məlumatda deyilir: 
“Sol tərəfdəki şkaflara və Arutyunyanın mühafizəçisinin arxasındakı divara çəkilmiş çiçəyə diqqət edin... Xankəndi şəhərindəki bir uşaq bağçasında hərbi qərargah qurublar. Məqsəd aydındır: Azərbaycan artilleriyası bağçanı vurmayacaq və vursa da,  dərhal Azərbaycanı “uşaqları öldürməkdə günahlandırmaq” mümkün olacaq...”. Moderator.az