"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" - Emre Belözoğlu
"Bizim üçün Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə. Kədəri də, sevinci də paylaşırıq. Hər zaman dualarımız və dəstəyimizlə Azərbaycanın yanındayıq".
"Report"un məlumatına görə, bunu Türkiyənin "Fənərbağça" klubunun idman direktoru Emre Belözoğlu "CBC Sport" telekanalında yayımlanan "Türkiyədən futbol" verilişinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib. Veteran futbolçu bildirib ki, Qarabağ işğaldan azad olunduqdan sonra orada oyun keçirmək istəyirlər: "Ümid edirəm ki, tezlikdə Qarabağ erməni işğalından azad olacaq. Orada futbol oynamaq bizim üçün böyük xoşbəxtlik olardı. Azərbaycan xalqının dualarına ehtiyacım var".