Sosial şəbəkədə biz:

“Hippokrat” tibb klinikasının zirzəmisində çürüməyə məruz qalmış kişi meyiti tapıldı

01 November 2020, 20:16
Gündəm

Sumqayıtda naməlum kişi meyiti tapılıb.

Bu gün axşam saatlarında Sumqayıt şəhərində fəaliyyət göstərən “Hippokrat” tibb klinikasının zirzəmisində çürüməyə məruz qalmış kişi meyiti aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır.APA