Sosial şəbəkədə biz:

Ermənilərin növbəti təxribatı baş tutmadı: bu dəfə Rusiya səfirliyi icazə vermədi

01 November 2020, 20:48
Gündəm

Rusiyanın Yerevandakı səfirliyi Ermənistanda iki rus sərhədçisinin öldürülməsi xəbərini təkzib edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı səfirlik Facebook-dakı səhifəsində paylaşıb.

"Kütləvi informasiya vasitələrinin iki rus sərhədçinin həlak olması barədə bir neçə mənbədə eyni zamanda peyda olmuş "məlumatları" şərh etmək xahişinə görə açıqlama veririk. Bu, həqiqətə uyğun deyil", - bəyanatda deyilir. 

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Ermənistanda xidmət aparan iki rus sərhədçisinin guya Azərbaycan Ordusu tərəfindən öldürülməsi barədə dezinformasiya yayılmışdı.