Sosial şəbəkədə biz:

“Ermənistanda muzdluların olması “Reuters”in reportajında təsdiqlənib”

02 November 2020, 09:16
Gündəm

Xarici döyüşçülərin və muzdluların Ermənistan silahlı qüvvələri sıralarında olması “Reuters” agentliyinin reportajında təsdiqlənib.

Bu barədə özünün “Twitter” səhifəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.H.Hacıyev bildirib: “Biz dəfələrlə bildirmişik ki, Livandan və Suriyadan olan muzdlular, eləcə də PKK terrorçuları Ermənistandadırlar”.