Ermənilər Ağcabədini intensiv atəşə tutur - VİDEO
Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunu atəşə tutub.
Baku TV xəbər verir ki, xüsusilə rayonun Yuxarı Qiyaməddinli, Arazbar, Hacılar, İmamqulubəyli kəndləri intensiv atəşə tutulub.
Ən çox atəşə məruz qalan isə Yuxarı Qiyaməddinli kəndi olub. Nəticədə, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.