Cəlal Arutyunyanın müavini də məhv edilib
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimin “müdafiə naziri”nin müavini polkovnik Artur Sarkisyan məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, Sarkisyan 4 iyul 2020-ci ildə “müdafiə nazirinin” müavini və “müdafiə ordusu komandirinin” müavini təyin edilmişdi.