Sosial şəbəkədə biz:

"Ata ocağı"-nın aktyoru torpaqlarımızın azadlığı uğrunda şəhid oldu - FOTOLAR

03 November 2020, 09:28
Gündəm

Moderator.az-a daxil olan məlumata görə Samir Qəfərli Azərbaycanın suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Saytımızın əldə etdiyi məlumata görə Samir Qəfərli Mədəniyyət və İncəsənət universitetinin aktyorluq fakültəsini bitirib. O həmçinin "Ata ocağı" serialında da çəkilib. 

Faktı saytımıza serialın rejissoru Rüfət Şahbazov da təsdiqləyib. 

Moderator.az ailəsi olaraq Şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk. Allah rəhmət etsin!