Sosial şəbəkədə biz:

"İnter"in oyunçusu "Barselona" azarkeşləri üçün "Real"a qalib gəlmək istəyir

03 November 2020, 17:35
Gündəm

"Barselona"dan "İnter"ə transfer olunan Arturo Vidal Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Real"la oyun öncəsi fikirlərini bildirib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu matçın onun üçün önəmli olduğunu deyib:

"Mükəmməl bir oyun olacaq. "Barselona"da 2 yaxşı il keçirdim, qələbə qazanaraq bu klubun azarkeşlərini xoşbəxt etmək istəyirəm".

Qeyd edək ki, "Real" - "İnter" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.