Sosial şəbəkədə biz:

Erməni təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblər — SİYAHI

03 November 2020, 17:38
Gündəm

Təhsil Nazirliyi Ermənistanın təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblərlə bağlı infoqrafika hazırlayıb.


Nazirlikdən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.


Tərtərdə 14, Ağdamda 14, Gəncədə 8, Füzulidə 5, Kəlbəcər və Goranboyda 3, Yevlax, Bərdə və Ağcabədidə isə 1 məktəb binası dağıntılara məruz qalıb.