Ağrı dağının Ermənistandan görünən zirvəsi Azərbaycan və Türkiyə bayraqları ilə proyeksiya ediləcək.
Bu barədə Ağrı bələdiyyəsinin sədri Savcı Sayan bildirib.
O, sosial şəbəkədə hazırlanan görüntünü paylaşaraq yazıb: “Ağrı bələdiyyəsi olaraq sürətli bir iş görürük. Tezliklə Ağrı dağının Ermənistana baxan hissəsində bu görüntünü görəcəksiz. Ümid edirəm ki, cəbhədəki Ermənistana “stimul” olar”.
